“Milan” rəhbərliyi sol cinah müdafiəçisi Pervis Estupinan üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
Offsideplus.az xəbər verir ki, “Bolonya”, La Liqa və Premyer Liqa klubları oyunçuya maraq göstərir.
Məlumata görə, Milan onu təxminən 19 milyon avroya “Brayton”dan alıb və zərər etməmək üçün təxminən 14 milyon avrodan aşağı olmayan məbləğə satmalıdır.
Estupinan ilə müqavilə 2030-cu ilin yayına qədərdir.



