FİFA referisi Əliyar Ağayev ötən axşam UEFA Çempionlar Liqasında “Bolonya” (İtaliya) - “Monako” (Fransa) matçını idarə edib. 

Offsideplus.az xəbər verir ki, həmyerlimiz matçın 19-cu dəqiqəsində maraqlı qərar verib. Ağayev "Monako"nun qayda pozuntusundan sonra vurduğu qolu düzgün olduğunu əsas gətirərək qeydə alıb. Ancaq VAR-ın müdaxiləsindən sonra epizoda təkrar baxan ədalət təmsilçisi qərarını dəyişmək məcburiyyətində qalıb.