"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sportinq"ə böyük hesablı məğlubiyyətlə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, bu barədə "TNT Sports" yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Belə hesabla uduzandan sonra nəsə demək çətindir. "Sportinq"i bu qələbə münasibətilə təbrik edirəm. Müdafiə rotasiyası ilə bağlı problem? Bəlkə də var, dəqiq nəsə deyə bilmərəm. Bu qədər matçınız olanda bir heyətlə oynaya bilməzsiniz”.