“Santyaqo Bernabeu"da məşq etməkdən imtina edən, son hazırlığını Almaniyada görən "Dortmund" Borussiyasına "Real"ın baş məşqçisi Karlo Ançelotti maraqlı cavab verib.
Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunları söyləyib:
"Biz Dortmund haqqında hər şeyi bilirik. Onlara qarşı casusluq etməyə gərək yoxdur".
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Real" doğma meydanda "Dortmund" Borussiyasını qəbul edəcək.