"Yuventus” klubunun futbolçusu Anxel Di Maria PSJ-nin hücumçusu Lionel Messinin UEFA Çempionlar Liqasındakı göstəricisini qabaqlayıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna qrup mərhələsinin 3-cü turunda “Makkabi”yə (Hayfa) 3:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

Qarşılaşmada 3 məhsuldar ötürmə edən argentinalı oyunçu ÇL-də məhsuldar ötürmə sayında həmyerlisini ötüb. Hazırda Di Marianın 38, Messinin 37 assisti var.