Madrid "Real"ının almaniyalı futbolçusu Toni Kroos UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə cavab matçını buraxacaq.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin bud əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən də o, həmin oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Real" - PSJ matçı martın 9-u Bakı vaxtı ilə 00:00-da başlayacaq. Komandalar arasında ilk oyun PSJ-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.