"Fənərbağça" "Çelsi"nin futbolçusu Ruben Loftus-Çiki transfer etmək istəyir.

 Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün Migel Krespoya gələcək təklifləri dəyərləndirəcək.

Xəbərə görə, "sarı-lacivərtlilər" portuqaliyalı futbolçunun satışından əldə edəcək gəliri Loftus-Çikinin transferində istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, ingiltərəli futbolçu cari mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb və bir asisstlə yadda qalıb.