UEFA Çempionlar Liqasında liqa mərhələsinin III turunun oyunları tamamlandıqdan sonra həftənin ən yaxşı futbolçusu üçün namizədlər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, informasiyanı sözügedən qurumun mətbuat xidməti yayıb.
Məlumata görə, bu ada “Real"dan Vinisius Junior, “Milan”dan Ticani Reynders, “Monako”dan Takumi Minamino və “Barselona”dan Rafinya namizəd göstərilib.
Xatırladaq ki, Vinisius Dortmund "Borussiya"sı ilə qarşılaşmada het-trikə imza atıb. Rafinya "Bavariya" ilə oyunda üç qol vurub. Reynders "Brügge" ilə matçda, Minamino isə "Srvena Zvezda"ya qarşı dubl edib. Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində bəlli olacaq.