Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ" "Linkoln Red İmps"i məğlub etdi - 5:0.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov iştirak etdi.

Mütəxəssis qələbə barədə bunları söylədi:

"Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik edirəm. Zövq aldım onun qələbəsindən. Bütün idmançılarımıza uğurlar arzu edirəm. Olimpiya çempionluğu bütün idmançıların arzusudur. Onların oradakı uğuru hamımız üçün motivasiyadır. Öz komandamı təbrik edirəm. Qalibiyyətdən əlavə, səliqəli oyun sərgilədilər. Dünən də dedim, bu qələbə bizim üçün vacib idi. Çempionat başlayır. Bütün komandalara uğurlar arzu edirəm".