Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ" "Linkoln Red İmps"i darmadağın etdi.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Xavier Munyoz mətbuat konfransında iştirak etdi. Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Çətin oyun oldu. Kimlə qarşılaşdığımızın fərqində idik. Dünən də demişdim ki, vuruşacağıq. Ayaq üstə durmaq çətin idi. Rəqibimiz həddən artıq güclü idi. Sona kimi vuruşsaq da, bacarmadıq".