"Liverpul" Çempionlar Liqasının pley-offunda "Real"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yürqen Klopp püşkü dəyərləndirib:

"ÇL püşkatması? Bu barədə həyəcanlı olmalıyıq. "Real" ən yaxşı rekordları qırıb, bizim göstəricilərimiz də pis deyil. Həmçinin "Anfild"də oynayacağıq. Hamı bunun nə məna verdiyini bilir".

Qeyd edək ki, "Liverpul" - "Real" matçı 2023-cü ilin fevralın 21-də, cavab qarşılaşması isə martın 15-də keçiriləcək.