"Bayer"in futbolçusu Artyom Stepanov karyerasını Mahir Emrelinin də çıxış etdiyi "Nürnberq"də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, Leverkuzen klubu 17 yaşlı müdafiəçini bir illik icarəyə göndərir. Onun müqaviləsində satınalma bəndi olmayacaq.
Bu barədə jurnalist Florian Plattenburq məlumat yayıb.
Stepanov 2022-ci ildə "Şaxtyor"dan "aspirinlər"ə transfer olub. O, "Bayer"in əsas komandasında debüt etməyib.