"Fənərbağça"nın voleybol komandası növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" Alessia Orro ilə razılığa gəlib. İtaliyalı voleybolçuyla 3 illik müqavilə imzalanacaq.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.
Orro sonuncu Olimpiada da İtaliya milli komandası ilə qızıl medal qazanıb.