UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu üzrə baş tutan “Leyptsiq” - “Real” matçında Azərbaycana qarşı təxribat törədildiyi barədə məlumat vermişdik.
AFFA baş verən təxribatla bağlı UEFA-ya müraciət edəcək. Bunu Offsideplus.az-a açıqlamasında milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib:
"Bu məsələ ilə bağlı müvafiq sənədlər hazırlanıb və müvafiq strukturlara göndəriləcək".
Qeyd edək ki, 3:2 hesabı ilə başa çatan oyunun baş tutduğu "Red Bull Arena"nın tribunalarından birində qondarma Dağlıq Qarabağın bayrağı asılıb. FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib.