Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" ÇL-nin qrup mərhələsinin ilk turunda 1:0 hesabı ilə "Çelsi"yə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında komandanın baş məşqçisi Ante Çaçiç oyundan öncə Emreli və komanda yoldaşlarına nə dediyini açıqlayıb:

"Futbolçularıma dedim ki, yaxşı müdafiə olunsaq, nəticə əldə edə bilərik. Bunun çox önəmli olduğu oyunda da bəlli oldu. Karyeram boyu bir çox qələbə qazanmışam, lakin bu, ən möhtəşəmi idi".

Qeyd edək ki, oyunda yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Emreli bu matçda ehtiyatda qalıb.