Bu gün futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının əsas mərhələsində son matçına çıxıb. 

Offsdeplus.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv doğma azarkeşlər önündə Xorvatiya ilə qüvvəsini sınayıb.

Oyun turnir cədvəli baxımından formal xarakter daşıyırdı. Çünki 2 xalla sonuncu pillədə qərarlaşan yığmamızın növbəti mərhələyə yüksələ bilməyəcəyi çoxdan məlum idi

Sadəcə, futzalçılarımız bu gün iki məsələnin öhdəsindən gələ bilərdilər: seçmə mərhələni yüksək əhval-ruhiyyədə başa vurmaq və bu il yanvarın 31-də Xorvatiyada qeydə alınan 2:9 hesablı məğlubiyyətin əvəzini çıxmaq.

Təəssüf ki, yığmamız yenə məğlubiyyət acısı dadıb.

Avropa çempionatı, əsas mərhələ

Azərbaycan – Xorvatiya 1:4

Oktay Rüstəmli, 21'05 - David Mataja, 5'56; 11'05; Yosip Yurlina, 8'48; Nikola Qudaşiç, 31'33

15 aprel. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Yianqos Yianqou,  Nikolas Nikolaou, Theoçaris Theoçarous 

- Bakı İdman Sarayına giriş pulsuzdur

- Yığmamızın əsas oyunçularından biri, kapitan Rövşən Hüseynli xorvatlara qarşı forma geyinməyəcək. Təcrübəli qapıçı bir həftə öncə qalmaqalla milli komandanın düşərgəsindən uzaqlaşdırılıb.