Azərbaycanlı hakimlər Avstriyanın paytaxtı Vyana şəhərində FIBA tərəfindən keçirilən "Potensial Milli Hakimlər" adlı inkişaf proqramına iştirak edib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasının (ABL) oyunlarında hakimlik edən Salman Əliyev və Fəxrəddin Mahmudov inkişaf proqramı çərçivəsində bir neçə beynəlxalq klub oyunlarında da idarəçilik ediblər.

Qeyd edək ki, 19 aprelə qədər davam edəcək bu inkişaf proqramında əsas və başlıca məqsəd, potensiallı milli hakimlərin beynəlxalq səviyyədə təcrübə qazanması və gələcəkdə FIBA-nın bayrağı altında təşkil olunacaq turnirlərdə hakimlik etmələridir