UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" (Çexiya) ilə cavab oyunundan əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və Abdullah Zubir mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sabahkı oyuna hazır olduqlarını bildirib:
"Rəqibi yaxşı analiz etmişik. Fiziki və taktiki baxımdan hazırıq. Sabah yaxşı mübarizə və yaxşı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. Mən və komanda yoldaşlarım qrup mərhələsinə adlamağa hazırıq. Bu mərhələyə düşmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı sabah saat 23:00-da başlayacaq. İlk oyun 0:0 hesabı ilə başa çatıb.