"Roma"nın idman direktoru Monçi Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunları xatırladıb.
Offsideplus.az xəbər verir ki, o deyib ki, Ağdam təmsilçisinə qalib gəlmək onlar üçün vacib idi:
"Qarabağ"la matçlardan əvvəl "Roma"nın baş məşqçisi Di Françesko ilə danışdım. Avropada bəzi təcrübələrim var və hər qaləbə vacibdir. Azərbaycanda "Qarabağ"a qalib gəlmək mühüm idi. Bu uğur hər kəs üçün asan deyildi".
Xatırladaq ki, “Roma” Bakıda “Qarabağ”a 2:1, öz meydanında isə 1:0 hesabı ilə qalib gəlib.(qol.az)