2021/2022 mövsümü üzrə UEFA Çempionlar Liqasının ilk püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə ÇL-in ilkin mərhələsində yarımfinal cütləri müəyyənləşib. Yarımfinal matçları iyunun 22-də, final isə iyunun 25-də olacaq. Farer adalarında baş tutacaq qarşılaşmalar bir oyundan ibarətdir.

Finalda qalib olan komanda Çempionlar Liqasında I təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Həmin raundun ilk görüşləri 6-7 iyul, cavab qarşılaşmaları isə 13-14 iyulda təşkil olunacaq. Digər 3 kollektiv mübarizəyə Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək.

"Folqore" (San-Marino) - "Priştina" (Kosova)

"HB Torshavn" (Farer adaları) - "İnter Eskaldes" (Andorra)