"Mançester Siti"nin UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlməsi ilə Xosep Qvardiola daha bir rekorda şərik olub.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis 8-ci dəfə ÇL-də yarımfinala çıxıb. "Barselona" və "Bavariya"ya rəhbərlik etdiyi dönəm 7 dəfə bu göstəriciyə imza atan Qvardiola, komandasının dünən "Borussiya" üzərində qələbəsi ilə ilk pillədə olan Joze Mourinyoya çatıb.

Qeyd edək ki, Çempionlar Liqasında ən çox çempionluqa yaşayan baş məşqçilər Zinədin Zidan, Karlo Ançelotti və Bob Peyslidir. Aktivində 2 çempionluq olan Qvardiola bu il titulu qazanarsa, bu üçlüyə şərik çıxacaq.