Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edib və görüş 3:3 hesabı ilə başa çatıb.
Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. Bu matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edib və qarşılaşma Ukrayna təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
23 sentyabr
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar