UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Norveçin "Molde" klubları arasında matçın Kiprin Larnaka şəhərində keçirilməsinə qərar verib.
Püşkə əsasən “Qarabağ” ev sahibi olduğundan oyun Bakıda keçirilməli idi. Bu halda Norveç klubu ölkəsində tətbiq edilən karantin qaydalarına görə geri dönərkən 10 gün karantində qalmalı olacaqdı. “Molde” məkan dəyişikliyi üçün UEFA-ya müraciət edib və müsbət cavab alıb.
Norveç təmsilçisi oyunun Macarıstanda keçirilməsini təklif edib. “Qarabağ” isə neytral meydan seçimində Kiprə üstünlük verib. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Offsideplus.az-a açıqlamasında UEFA-nın seçim edərkən Azərbaycan təmsilçisinin istəyini nəzərə aldğını bildirib.
Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.