Çempionlar Liqasında 6-cı turun ən yaxşı oyunçusu müəyyənləşib.
Offsideplus.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında səsverməyə əsasən "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane ən yaxşı oyunçu seçilib.
Almaniya millisinin üzvü "Hoffenhaym"la qarşılaşmada (2:1) dubl edib.
O, Neymar (PSJ), Endryu Robertson ("Liverpul") və Giyom Oaronu ("Yanq Boyz") qabaqlayıb.