"Fənərbağça" klubunun yeni baş məşqçisi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər"in yeni çalışdırıcısı Domenikko Tedesko olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun köməkçisi klubun daha əvvəl formasını geyinmiş Gökhan Gönül olacaq.
Qeyd edək ki, Tedesko 2023-2025-ci illərdə Belçika milli komandasını çalışdırıb. Tibo Kurtuanın yığmada iştirakdan imtina etməsindən sonra o, milli komandadan göndərilib.



