"Fənərbağça" klubu yeni baş məşqçi axtarışındadır. 

Offsideplus.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, klub İtaliya milli komandasının sabiq çalışdırıcısı Luçano Spallettini komandanın sükanı arxasına gətirmək istəyir. "Sarı-lacivərtlər"in siyahısında daha 2 namizəd var. Bunlar Serjiu Konseysau və Sebastian Henesdir. 

Qeyd edək ki, Kadıköy təmsilçisi avqustun 29-da Joze Mourinyo ilə yollarını ayırıb.