"Ayaks"ın müdafiəçisi Yosip Şutalo ilə "Qalatasaray" və Bundesliqa klubları maraqlanır.
Offsideplus.az xəbər verir ki, Amsterdam təmsilçisi 20 milyon avroluq təklif gəlsə, onu satmağa razı olacaq.
Şutalo 2023-cü ildən Niderland klubunda çıxış edir. "Ayaks" onun üçün Zaqreb "Dinamo"suna 20.5 milyon avro ödəyib.
O, iki mövsümdə 77 oyuna çıxıb və 4 qol vurub.