Dünya çempionatının başlamasına bir neçə həftə qalmış Lionel Messi "Inter Mayami"nin "Filadelfiya Union"la matçında (6:4) zədə qorxusu yaşadıb.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı argentinalı ulduz sol ayağının arxa hissəsini tutaraq əvəzlənməsini istəyib və 73-cü dəqiqədə meydanı tərk edərək birbaşa tunelə yollanıb.
"Inter Mayami"nin baş məşqçisi Gilyermo Oyos matçdan sonra Messinin vəziyyətinin ciddi olmadığını və bunun ehtiyat tədbiri olduğunu bildirib:
"Hələlik tibbi hesabat yoxdur, amma Messidə sadəcə yorğunluq var idi. Meydança ağır idi və hər hansı bir riskə getməmək üçün onu oyundan çıxardıq".
Qeyd edək ki, görüşdə 6:4 hesabı ilə qələbə qazanan "İnter Mayami"də Luis Suares het-trikə imza atıb.


