"Fənərbağça" klubu növbəti mövsüm üçün heyətini qurmağa başlayıb.

Offsideplus.az xəbər verir ki, növbəti mövsümdə Joze Mourinyo ilə yola davam edəcək "sarı-lacıvərdlilər" 5 oyunçusuyla vidalaşacaq.

Bu futbolçular - Filip Kostiç, Allan Sen-Maksimen, Brayt Samuel-Osayi, Rodriqo Bekao və Aleksandr Cikudur.

Edin Ceko və Duşan Tadiç barəsində qərar isə mövsümün sonunda veriləcək.