Mario Hermoso karyerasını Türkiyədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, "Roma"da çıxış edən müdafiəçi ilə "Fənərbağça" maraqlanır.

Məlumatı "La Gazzetta dello Sport" nəşri yayıb. Mourinyo keçmiş oyunçusunu İstanbula dəvət edib. Klub rəhbərliyi ispaniyalı ilə təmasa keçərək razılıq əldə edib. Keçidin tezliklə baş tutacağı bildirilir.

Qeyd edək ki, Mario bu mövsüm 13 matçda meydana çıxıb. Müdafiəçi bu görüşlərdə 1 qol vurub.