"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo əməliyyat olunacaq. 

Offsideplus.az xəbər verir ki, mütəxəssisin əməliyyatı dekabrın 23-də baş tutacaq. Bu barədə "beinsports" məlumat yayıb.

Hər şey nəzərdə tutulduğu kimi qaydasında gedərsə, çalışdırıcı dekabrın 27-si komanda ilə birgə məşqlərə qoşulacaq. 

Qeyd edək ki, 2024/25 mövsümündə "sarı-lacivərtlilər"i 26 matça çıxaran Mourinyo 15 qələbə, 6 bərabərlik və 5 məğlubiyyətlə üzləşib.