Türkiyə Super Liqasının XVII turunda "Fənərbağça" səfərdə "Eyüpspor"la "1-1" hesablı bərabərə qalıb.
Offsideplus.az xəbər verir ki, oyunun ilk hissəsinin sonunda futbolçular arasında gərginlik yaşanıb və paltardəyişmə otağında davam edib.
Joze Mourinyo mətbuat konfransında tuneldə yaşananlara aydınlıq gətirib:
"Türkiyədə bəzi məsələlər çətindir. Uzun karyeramda görmədiyim şeyləri burda gördüm. Fasilədə paltardəyişmə otağının koridorunda olanlardan sonra hakim üçün matç qarışdı. Xarici hakim olsa, baş verənlərdən sonra hər kəsi evinə göndərərdi. Koridorda sanki üsyan var idi. 200 nəfər insan toplaşmışdı. Dava, mübahisə gedirdi. O atmosferi, təzyiqi bilirsiz. Polislər sakit idi. İşlərini yaxşı formada icra edirdilər".