"Fənərbağça" qış "transfer pəncərəsi" üçün hazırlıqlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, müdafiədə problem yaşamaq istəməyən Mourinyo "Lill"in stoperi Aleksandronu komandasında görmək istəyir. Bu barədə "Fotomaç" məlumat yayıb.
"Sarı-lacivərdlilər" braziliyalının keçidi üçün çalışmalara başlayıb.
Qeyd edək ki, futbolçunun Fransa təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi var.