"Fənərbağça" futbol dünyasında futbolçu ixracında ən uğurlu komanda olub.  

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi həm Əziz Yıldırım, həm də Ali Koç dövründə əhəmiyyətli transferlərlə mühim oyunçularını Avropaya göndərməyi bacarıb. Bu proses 1998-ci ildən, Cey-Cey Okaçanın PSJ-yə transferi ilə başlayaraq, Ferdi Kadıoğlunun 30 milyon avroya "Brayton" klubuna transferi ilə yeni bir zirvəyə çatıb.

Son 25 ildə "Fənərbağça", Okaça, Baliç, Anelka, Andre Santos, Luqano, Nianq, Mussa Sov, Luis Nani, Simon Kyer, Elif Elmas, Cozef de Souza, Juliano, Vedat Muriq, Kim Min Ce, Altay Bayındır, Arda Güler və Ferdi Kadıoğlu kimi bir çox ulduzu Avropanın nəhəng klublarına göndərib. Bu futbolçulardan əldə olunan gəlirlər "Fənərbağça"nın maliyyəsinə ciddi dəstək olub.

Xüsusilə Ali Koçun prezidentliyi dövründə (2018-2024) "Fənərbağça", oyunçu satışından ümumilikdə 137,1 milyon avro qazanc əldə edib. Elif Elmas və Kim Min Ce "Napoli"yə, Vedat Muriqi "Latsio"ya, Arda Güler "Madrid"ə, Altay Bayındır "Mançester Yunayted"ə, Ferdi Kadıoğlu isə "Brayton"a transfer olunub. Ferdi Kadıoğlunun "Brayton"a transferi "Fənərbağça"nın tarixində ən yüksək transfer qiyməti olan 30 milyon avro qazandırıb ki, bu da Türkiyədən satılan ən bahalı futbolçular arasında yer alıb.

Bununla yanaşı, "Fənərbağça" yalnız yüksək transfer qiymətləri ilə deyil, eyni zamanda transfersiz yolla gedən futbolçularla da diqqət çəkib. Rüştü Reçber 2003-cü ildə "Barselona"ya, Serhat Akın 2005-ci ildə "Anderlext"ə, Tuncay Şanlı isə 2007-ci ildə "Midlsbro"ya pulsuz transfer olunub.

"Fənərbağça"nın Avropaya ixrac etdiyi bu ulduzlar, klubun marka dəyərini artıraraq, Avropanın 5 böyük liqasına ciddi töhfələr verib.