Yeni mövsümdə çempionluğu hədəfləyən “Fənərbaxça” baş məşqçi postuna Joze Mourinyonu təyin edib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvert"lər portuqaliyalı çalışdırıcının tələbləri istiqamətində transfer çalışmalarını davam etdirir.
Digər tərəfdən, "Fənərbaxça"nın transferlər edəcəyi mövqelər də müəyyənləşib. İstanbul təmsilçisi yay transfer pəncərəsində 3 mövqeyi gücləndirəcək.
Joze Mourinyonun mərkəz yarımmüdafiəçiləri, sol cinah və hücumçuların transferini istədiyi, ayrılacaq futbolçuların vəziyyətindən asılı olaraq transferlərin sayının arta biləcəyi vurğulanıb.