Türkiyənin "Qalatasaray" klubu sağ cinah müdafiəçisi Saşa Boyla bağlı qərar qəbul edib.

 Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi fransalı futbolçunu satmaq niyyətində deyil.

23 yaşlı müdafiəçi İtaliya klublarından təklif alıb, lakin "Cim-bom" onu əldən buraxmaq niyyətində deyil.

Məlumata görə, yüksək məbləğ təklif olunsa belı, QS rəhbərliyi onu satmaq istəmir.