Türkiyənin "Qalatasaray" klubu sağ cinah müdafiəçisi Saşa Boyla bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq.
Bu barədə məlumatı italiyalı jurnalist Nikolo Şira yayıb.
Xəbərə görə, QS fransalı oyunçu ilə 2027-ci ilədək sözləşmə imzalayacaq.
Qeyd edək ki, onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununadəkdir.


