Türkiyənin "Qalatasaray" klubu PSJ-də çıxış edən Renato Sançesi transfer etməyə çalışır.

Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi artıq futbolçu ilə danışıqlar apararaq onun razılığını alıb. Bildirilir ki, futbolçunun "Qalatasaray"da forma geyinmək üçün iki şərti var. Renato Sançes "Qalatasaray"ın Türkiyədə çempion olmasını gözləyir. Futbolçunun digər şərti isə "Qalatasaray"ın Çempionlar Liqasına vəsiqə qazanmasıdır. 

Qeyd edək ki, Sançes 2019-cu ildən PSJ-də forma geyinir.