"Fənərbağça" klubun yay transfer pəncərəsində 4 əsas hədəfi var.
Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, ilk pillədə Marko Roysdur. 2012-ci ildən "Borussiya"nın formasını geyinən 33 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Lukas Moura
"Sarı-lacivərtlər" cari mövsümün əvvəlində də maraqlandığı Lukas Moura ilə yenidən danışıqlara başlayıb. "Tottenhem"in braziliyalı futbolçusunun bu keçidə müsbət yanaşdığı bildirilir.
Klub müdafiə xəttinə "Everton"un oyunçusu Yerri Minanı cəlb etmək istəyir.
"Fənərbağça" adı "Qalatasaray"la hallanan Mussa Dembele ilə də yaxından maraqlanır. Fransız oyunçu "Lion"da yaxşı performans sərgiləyə bilməsə də, İstanbul təmsilçisi Dembelenin istedadına güvənir.