"Qalatasaray"da cari mövsüm yüksək performansı ilə diqqət çəkən Saşa Boy daha bir klubun transfer siyahısına düşüb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı sağ cinah müdafiəçisi karyerasını Almaniyada davam etdirə bilər. Bu barədə "Takvim" nəşri məlumat yayıb. Xəbərə görə, Bundesliqa nəhəngi "Borussiya" (Dortmund) fransalı futbolçu üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır. İstanbul təmsilçisinin oyunçuya görə ən azı 15 milyon avroluq təklif gələcəyi halda danışıqlar aparacağı bildirilir.
Qeyd edək ki, Saşa Boy cari mövsüm "sarı-qırmızılar"ın heyətində 26 oyuna çıxıb və 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.


