Bu gün Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində İstanbul derbisi baş tutacaq.

 Offsideplus.az xəbər verir ki, "Fənərbağça" öz meydanında əzəli rəqibi "Beşiktaş" ilə üz-üzə gələcək. Görüş Bakı vaxt ilə saat 21:30-da start götürəcək.

Xatırladaq ki, tərəflər arasında Super Liqanın ilk dövrəsində keçirilən matç qolsuz bərabərliklə başa çatmışdı.

Qeyd edək ki, "Fənərbağça" (24 oyun) 54 xalla 2-ci pillədə yer alıb. "Beşiktaş" isə (25 oyun) 49 xalla 3-cü sırada qərarlaşıb.