"Sabah" basketbol klubunun FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ev oyunlarını keçirəcəyi arena bəlli olub.

Offsideplus.az xəbər verir ki, bunu "bayquşlar"ın mətbuat xidməti açıqlayıb.

Komanda rəqiblərini Bakı İdman Sarayında qəbul edəcək.

Qeyd edək ki, "Sabah" FIBA Avropa Kubokunun qrup mərhələsinin ilk matçını səfərdə oynayacaq.