Türkiyə Super Liqasının XVII turunda səfərdə "Kayserispor"la qarşılaşacaq "Qalatasaray"ın oyun üçün heyəti bəlli olub.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" səfərə 5 itki ilə yollanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rolland Sallai, Kerem Demirbay, Mauro İkardi, Yusuf Demir, Hakim Ziyeş görüşdə iştirak etməyəcək.
Demirbayın ailəvi səbəblərə görə xüsusi icazəsi olduğu, Yusufun isə xəstələndiyi qeyd olunub.
Xatırladaq ki, matç 17:00-da baş tutacaq.