Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü"ndə növbəti baş məşqçi ayrılığı yaşanıb.
Offsideplus.az xəbər verir ki, komanda Kenan Koçakla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Koçakın istefası paytaxt klubunda mövsümün ikinci baş məşqçi dəyişikiyi olub. Mövsümə Cihat Arslanla başlayan "Ankaragücü" 5 oyundan sonra onunla vidalaşmışdı.
Kenanın rəhbərliyi altında isə 14 qarşılaşmaya çıxan komanda 8 qələbə, 2 bərabərlik və 4 məğlubiyyətlə üzləşib.