Mahir Emreli "Nürnberq"in heyətində Bundesliqa-2-də debüt edib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü 6-cı turda "Herta"ya (0:2) qarşı matçın 39-cu dəqiqəsində meydana çıxıb.

Qarşılaşmadan sonra komandanın baş məşqçisi Miroslav Kloze Mahir Emreli haqda bunları söyləyib:

"O, topla çox yaxşı mübarizə apardı. İndi o, oyun üçün vacib olan topla daha çox hazırlaşmalı və fiziki forması üzərində çalışmalıdır".