İtaliya nəhəngi Osimheni heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "Yuventus" ulduz futbolçu ilə yaxından maraqlanır. Nigeriyalı mövsümün sonunda "qoca sinyora" ilə razılığa gələ bilər. Bu barədə italiyan mediasında "Rai" məlumat yayıb.

Vlahoviçin performansının aşağı düşməsi səbəbilə Turin təmsilçisinin "Lill"dən Conatan Davidi və icarə əsasında "Qalatasaray"da forma geyinən Osimheni transfer hədəfinə aldığı qeyd olunub. Həmçinin, "Yuventus"un idman direktoru Kristiano Quintoli ilə Viktor Osimhenin yaxşı əlaqələrinin olması bu keşidi real göstərir.