İtaliya nəhəngi İlkay Gündoğanı heyətinə cəb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "Inter" futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Fichajes" məlumat yayıb.
İlkayın Milan təmsilçisinə keyfiyyət və üstünlük gətirəcəyi qeyd olunub.
Xatırladaq ki, 34 yaşlı oyunçu 2024/25 mövsümündə "Mançester Siti"nin heyətində meydana çıxdığı 22 oyunda 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.