"Mançester Siti" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in üzvü Rodri mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq. Yarımmüdafiəçinin sağ dizinin ön çarpaz bağları qopub.

Məlumatı ESPN yayıb. Futbolçu bu gün tibbi müayinədən keçib.

Qeyd edək ki, Rodri "Arsenal"la matçın 21-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.