"Qarabağ" Avropa Liqasının liqa mərhələsinin ilk turunda səfərdə "Tottenhem"lə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv London təmsilçisi ilə matçın hazırlığına start verib. Azərbaycan çempionu "Azersun Arena"da məşq edir.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" qarşılaşması 26 sentyabr tarixində Bakı vaxtı ilə saat 23:00-da "Tottenhem Hotspur Stadium"da baş tutacaq.