Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Avropa Liqasında "Frayburq" (Almaniya) və "Zaltsburq" (Avstriya) komandaları arasında keçiriləcək Liqa mərhələsinin VI turunun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, "Frayburq" - "Zaltsburq" matçı dekabrın 11-də baş tutacaq.